Kəmaləddin Heydərovun oğlu şirkət rəhbəri oldu

FHN rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov ilk dəfə rəsmən Azərbaycanda yaradılan kommersiya şirkətinin rəhbəri olub. Şirkətin ofisi Heydərovlara məxsus Kempinski Badamdar Baku hotelindədir.

KIV-də bu yaxınlarda gedən məlumata görə, 17 fevralda “Sabah P&D International” MMC qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur. Şirkətin nə ilə məşğul olduğu bilinmir. Buna qədər London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci  il) Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaican Society) təsisçisi, “Qəbələ” futbol klubunun prezidenti idi. Xaricdə United Enterprises International (UEI) holdinq şirkətinin IH sədridir.