Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Abbas Əhmədov dünən yol qəzasında həlak olub. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, hadisə Şərur rayonu ərazisində baş verib. Abbas Əhmədovun olduğu “Jeep” maşın dərəyə yuvarlanıb.
Məlumata görə, qəza zamanı avtomobildə Abbas Əhmədovla yanaşı daha bir nəfər də olub ki, o da elə hadisə yerində dünyasını dəyişib. Həmin şəxsin Sərhəd Qoşunlarının Şərurdakı hərbi hissəsinin komandiri olduğu bildirilir.
Məlumatda o da qeyd olunur ki, Abbas Əhmədov toydan qayıdarkən qəzaya düşüb.
İnformasiya şöbəsi


