Təkər qaraldanların “krışası” kimdir?

Ilham Əliyev çörəyini Bakıküçələrində maşınların “parkovka” edilməsindən çıxaran zavallılardan danışarkən onların kimə haqq verməsi, kimlərin himayə etməsi haqda məlumatsız olmasıhaqda ritorikasısübut etdi ki, ölkədə hər şey ən yüksək səviyyədə nəzarət altındadır. Kim hara nə qədər verir, kim nə qədər alır, kim nə qədər oğurlayır və s. kimi məsələlər diqqətdən yayınmır. 

Məlum oldu ki, bu “əli çubuqlu” binəvalardan yığılan pulların “obşiy kotyola” çatdırılmasında problemlər var. Yəni Ziya Məmmədov və Hacıbala Abutalıbovdan biri bir balaca “şuluqluq” edib. Bu haqda bu qədər yazmaqla ölkədəki ümumi mənzərə, elə bilirəm ki, sizlərə bir daha aydın oldu. Prezidentin bu “iradı” həm də mənim çoxdan yazmaq istədiyim bir mövzuya qayıtmağıma səbəb oldu…

Mətləbə keçməmişdən əvvəl hörmətli oxucuların nəzərinə məni çoxdan düşündürən bir neçə məqamıçatdırmaq istəyirəm. Bəri başdan deyim ki, məqsədim heç də birbaşa Ilham Əliyevi tənqid etmək deyil. Ortaya çıxan bəzi məsələlərə görə bu dəfə əlahəzrət haqqında fikirlərimizi ertələmək niyyətindəyəm. Söhbətə özünü “ağıllı” hesab edən bəzi həmkarlarım, eləcə də çörəyi siyasətdən çıxan bəzi zatların diqqətimdən qaçmayan bir şakərindən başlaycam. 

Mətbuatda buna təhlükəsiz və cəsarətli jurnalistika, siyasətdə isə “konstruktiv müxalifət”də dayanmaq deyirlər. Nədir bu? Jurnalistikadan başlayaq. 

Fikir vermisinizsə, ara sıra hakimiyyətə bağlıolan, hansısa bir məmur-oliqarxın maliyyələşdirdiyi mətbu orqanında kəskin tənqidi yazılara rast gəlirik. Son vaxtlar Sabirabaddakıməşhur ələm olayıhaqda, eləcə də məmur övladlarının harınlığından bəhs edən yazılarıkiçik bir redaktə ilə tərəddüd etmədən hətta “Azadlıq” qəzetində də dərc etmək olardı. 

Yazılarda çatışmayan yeganə şey(!) problemə ayrı-ayrıməmurların özbaşınalığıkontekstindən yanaşma idi. Yəni ölkədə ədalətli və daima xalqıdüşünən prezident və onun komandasıvar, bəzi yaramaz məmurlar isə iqtidarın imicini korlayırlar. Yazınıbir az da diqqətlə oxuyursan, görürsən ki, burada söhbət heç də ədalətdən yox, iri məmurların nüfuz savaşından gedir. Yəni bir oliqarxın sahib olduğu media quruluşu, digər iri məmurun nəzarət etdiyi sahədəki özbaşınalıqdan yazır. Və sonda Ilham Əliyevin hansısa müşavirədə söylədiyi fikirlərdən sitat gətirilərək yazıya özünəməxsus bir qaz da verilir…

Qarşıtərəfin cavabıda özünü çox gözlətmir. Ilham Əliyevin korrupsiya və rüşvətxorluq haqqında söylədiyi kəlamla başlayan digər yazıda isə, üstüörtülü şəkildə olqarxıyıxıb sürüyürlər. 

Ölkənin siyasi arenasında da vəziyyət eynidir. Milli Məclisdən başlayaq. Oliqarxlar burada daha geniş tərkiblə təmsil olunublar – onların bəzilərinin maraqlarınıhərbi dillə desək, bütöv bir taqım qoruyur. Tez-tez Milli Məclisdə deputatların bir-biri ilə didişməsinin arxasında məmur-oliqarxların tamahlarıdurur. Ad çəkmək istəmirəm, onsuz da kimin kim olduğunu hər kəs bilir. 

Yadınızdadırsa, prezident M.Ə.Rəsulzadənin 130 illik yubileyinin qeyd edilməsi ilə bağlısərəncam imzaladı. Hakimiyyətə bağlıjurnalistlərin çıxarmadıqlarıoyun qalmadı. Müxalifəti az qala Vətənə xəyanətdə ittiham edirdilər. Mən onların ən fəallarından bir neçəsinin, konkret olaraq, Azər Həsrət və Nicat Dağların yazılarından sitat gətirməyi etik cəhətdən məqsədəuyğun saymadım. Yubiley haqqında sərəncam nəinki kağız üzərində qaldı, hətta Məmmədəmin Rəsulzadənin banisi olduğu Cümhuriyyətin atribut və simvolikaları“28 May” metrosundan yığışdırıldı. Və od-alov püskürən yazarların səsi kəsildi… 

Ilham Əliyevin və çörəyini yediyi məmur-oliqarx xaricində məhdud sərbəstliyin “məhsulu” olan yazıların əsas süjet xəttini belə xarakterizə etmək olar – “Ölkədə qismən də olsa rüşvət və korrupsiya və prezident və komandasıbuna qarşımübarizə aparır”. 

Ardından isə, prezidentin başının vacib işlərə qarışdığınıəsas gətirərək, prosesin bir az(!) uzanmasına təbii baxmaq lazım olduğunu hey vurğulayırlar. Rüşvət və korrupsiyanın son ildə necə çiçəklənməsi isə göz qabağındadır. Bunu danmaq isə, allahıinkar etmək kimi bir şeydir. 

Bunu danmağıözünə peşə edənlər hazırda bir az aranın sakitləşməyini gözləyirlər. Yenə başlayacaqlar… 

Təxminən belə başlayacaqlar – “Stoyanşik”lə bağlıprezidentin söylədikləri sübut etdi ki, ölkədə hər şey nəzarətdədir. Növbə təkər qaraldanlarındır… 

Utanmasan oynamağa nə var ki…