Nazirin «Azərbaycan Dəmir Yolları»nı və «Azəryolservis»i də itirəcəyi bildirilir
Bakıda sərnişindaşıma sahəsinin nəqliyyat naziri Ziya Məmmədovun əlindən alınması onun yaxın ətrafında şok effekti yaradıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Ziya Məmmədovun yaxınları bunun nazirin çökdürülməsi planının tərkib hissəsi hesab edirlər. Qeyd edək ki, nəqliyyat naziririnin nəzarətində olan ən gəlirli sahələrdən biridir. Bu sahə bir neçə gün əvvəl Bakı Şəhər Icra Hakimiyyətinə tapşırılıb.
Məlumatlara görə, Ziya Məmmədovun yaxın ətrafı həm də ondan narahatdır ki, başqa iki gəlirli sahənin də yaxın vaxtlarda nazirin əlindən çıxması gözlənilir. Bunlar “Azərbaycan Dəmir Yolları” və “Azəryolservis”dir. Bildirilir ki, Ziya Məmmədova yaxınlığı ilə seçilən “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Arif Əsgərovun əvəzlənməsi gündəmə gəlib. Yeni rəis güman ki, Ziya Məmmədova yaxın şəxs olmayacaq. Bu sahənin Paşayevlərin nəzarətinə keçəcəyi bildirilir. “Azəryolservis”ə gəlincə, məlumatlara görə, bu qurum da Nəqliyyat Nazirliyindən tabeliyindən çıxaraq müstəqil struktur kimi fəaliyyətini davam etdirəcək.