Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlu Krımın Ukraynadan ayrılaraq Rusiyaya birləşdirilməsindən sonra «domino effektinin» mümkünlüyünü barədə xəbərdarlıq edib. O bildirib ki, bu digər dondurulmuş münaqişələr üçün nümunə ola bilər.
«Bizi narahat edən təkcə Ukrayna deyil. Ərazi bütövlüyünə qarşı addım olan bu tendensiya başlayacağı təqdirdə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya kimi digər dondurulmuş münaqişələr də var. Biz istəmirik ki, Ukraynadakı böhran Qara dəniz regionunda və Türkiyə ilə sərhəd regionlarda zəncirvari reaksiyaya səbəb olsun». Deyə Davutoqlu Nikkei Asian Review nəşrinə bildirib.
XİN başçısı bildirib ki, Türkiyə Ukrayna ətrafındakı böhranla bağlı ünikal mövqeyə malikdir. «Biz Ukrayna və Rusiyanın Krıma birbaşa çıxışı olan yeganə qonşusuyuq. Ona görə də baş vetənləri diqqətlə izləyirik», – deyə Davudoğlu bidirib.
Türkiyə diplomatiyasının rəhbəri Ukraynanın cənub-şərqində hökumət binalarının tutulmasını və xalq respublikalarının elan edilməsini mənfi siqnal kimi qiymətləndirib. Onun sözlərinə görə, hər kəs Ukraynanın ərazi bütövlüyünə hörmət etməlidir.
azadlıq.info


