Misir hökuməti ölkənin keçmiş prezidenti Hüsnü Mübarəki və oğlanlarını həbs edib. “France Presse” agentliyinin yaydığı məlumata görə, onların həbs müddəti 15 gün müəyyən edilib.
Mübarək aprelin 10-da etiraz aksiyalarının dağıdılması ilə bağlı istintaqa cəlb edilib. Sorğu-sual özü aprelin 12-də başlayıb. Amma Mübarəkin vəziyyəti qəflətən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Eks-prezidenti xəstəxanaya polis müşayiəti ilə aparıblar. Onun vəziyyəti qismən yaxşılaşandan sonra dindirilmə davam edib.
Bundan bir neçə saat öncə isə Mübarəkin 2 oğlu – Alya və Qamal da həbs olunublar. Onlar ataları kimi etiraz aksiyasının dağıdılmasında və korrupsiyada ittiham edilirlər.