“17 dekabr əməliyyatı çevriliş idi”

Aprelin 11-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Hüquqçular dərnəyinin sertifikat mərasimində çıxış edib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hökumət başçısı 2013-cü il dekabrın 17-də “korrupsiya əməliyyatı” adı altında keçirilən əməliyyatdan da danışıb. 

“Dekabrın 17-də keçirilən əməliyyata “çevriliş” deyəndə daxildə və xaricdə bunu qəbul etmirlər. Ancaq dekabrın 17-dəki əməliyyat  bal kimi hökumət çevriliş id” –deyə, baş nazir vurğulayıb.