Cənubi Qafqazın NATO üçün önəmi

Fərrux Məmmədov
NATO Əməkdaşlıq İnstitutunun prezidenti

Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Bəzi dövlətlər davakar separatizm ideologiyası əsasında yeni qarşıdurma xətləri yaratmış və yaratmağa davam etməkdədirlər. Bu mənada Cənubi Qafqaz cox narahat dövrünü yaşayır.
Cənubi Qafqaz NATO üçün strateji cəhətdən önəmli regiondur. NATO üçün region nə qədər önəmlidirsə, Cənubi Qafqaz üçün də NATO bir o qədər önəmlidir. Buradakı münasibətlər və dəyərlər qarşılıqlıdır.
Cənubi Qafqaz ölkələri baş verən son hadislərdən nəticə çıxarmalıdırlar və ərazilərinin, milli təhlükəsizliklərinin qorunmasi üçün düsünməlidirlər.
Rusiya Ukrayna məsələsində bir daha sübut etdi ki, heç bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörməti yoxdur. Rusiyanın sadəcə bir istəyi var, o da imperia siyasəti yürüdüb, mövcud dövlətləri işgal etmək. Bizdə olan informasiyaya görə, Rusiyanın 2020-ci ilə qədər işğal etmək istədiyi ərazilər və yeni siyasi xəritəsi artıq mövcuddur. NATO ilə əməkdaşlığı daha da möhkəmləndirməklə başlanan işğalların qarşısını almaq olar.
NATO hazırda situasiyanın düzəlməsi ücün dialoqa daha çox üstünlük verir və sona qədər dialoqun başlanması, probləmlərin masa ətrafinda çözülməsi üçün səylərini davam etdirəcək. Lakin Rusiya bütün dialoqlardan kənar duraraq işğalçı siyasətini açiq şəkildə davam etdirsə, Rusiyanın istənilən müqavimətinin dəf edilməsi üçün NATO öz gücünü nümayiş etdirməyə məcbur olacaq.
NATO üçün tərəfdaş və üzv ölkələrin milli təhlükəsizliyi, ərazi bütovlüyü çox önəmlidir. Onları istənilən təhlükədən qoruyub və qoruyacaq. NATO xalqların öz müqəddaratını həll etmə məsləsinə hörmətlə yanasir. Vaxtı ilə NATO Kosovadakı ictimai-siyasi vəziyyətə müdaxilə etməklə baş verə biləcək böyük faciələrin və qırğınların qarşısını aldı, Kosovo xalqının azad seçim hüquna sayğı gösterdi. Bunun aanalogiyası Əfqanıstanda da oldu. Belə ki, ilk dəfə olaraq bir neçə gün öncə əfqan xalqı demokratik seçimə getdi və öz müqəddaratını həll etmə yolunda NATO-nun dəstəyi ilə ilk addımı atdı. Bu, həm də əfqan xalqı üçün tarixi hadisə idi. Əgər bu gün Əfqanıstan bu tarixi hadisəni yaşayırsa, niyə məhz Cənubi Qafqaz ölkələri bu prosesdə geridə qalmalıdırlar?
Artıq Gürcüstan bu ilin sonuna qədər NATO-ya üzv ola bilər. Sürətlə dəyisən siyasi proseslər bunu göstərir. Təbii ki, NATO üçün ümumilikdə regionun NATO-ya üzv olması daha çox önəm kəsb edir. Burada əsas rolu Azərbaycan və Gürcüstan oynayir.