Gülən hərəkatının Ərdoğan əleyhinə məktubu tapıldı

Fətullah Gülənin fəxri başqanı olduğu “Sülh adaları institutu” tərəfindən ABŞ-daki başqa ölkələrin səfirliklərinə göndərilən məktubda Türkiyədəki siyasi vəziyyətin antidemokratik olduğuna dair iddiaların yer aldığı aşkarlanıb. Türkiyənin “Yeni Şəfəq” qəzeti bu məktubu “xəyanət məktubu” adlandıraraq yazır: “ABŞ-dakı parallel strukturlaşmanın (paralel dövlət – red.) dinlərarası dialoq faəliyyətini həyata keçirən “Sülh adaları institutu”nun qlobal münasibətlər departamentinin rəhbəri Mehmet Kılıcın imzası ilə yayılan məktubda Fətullah Gülən haqqında “fəxri başqanımız” deyə bəhs edilir. Qəzet məktubun foto surətlərini də dərc edib.

“Yeni Şəfəq”in hazırladığı iri həcmli yazına bu keçiddən daxil ola bilərsiniz.