Rusiya müxalifət liderlərindən olan Boris Nemtsov sosial şəbəkədə Ukraynada baş verənlərdən və bu hadisələrin Rusiyada təkrarlanması ehtimalından yazıb:
“Donetsk dövlət administrasiyası və Ukraynanın şərqində digər binaların zəbt olunması ilə bağlı məndə sual yaranıb. Təsəvvür edək ki, tatar millətçiləri (separatçılar, Tatarıstan vətənpərvərləri, necə xoşunuza gələcək) respublikanın hökumət binasını zəbt ediblər, Rusiyanın tərkibindən çıxmağa dair referendum tələb edirlər və müstəqil Tatarıstan dövləti yaradırlar. Kremlin, onun əlatıları olan Züqanov, Jirinovski, Mironovun, təbliğatçıları olan Kiselyovun, Solovyovun və Leontyevlə Proxanovın, FTX və prokurorluğun reaksiyası necə olardı? Deyərdilər ki, üsyançılar – tarixi ədalət istəyən qəhrəman və vətənpərvərdir, yoxsa Rusiyanı parçalayan terrorçular, separatçılar və cinayətkarlardır?”
azadlıq.info


