Corc Buşun rəsm sərgisindən görüntülər FOTO/VİDEO

ABŞ-ın 43-cü prezidenti Corc Buşun yeni açılmış sərgisinin görüntüləri yayılıb.

“Liderlik incəsənəti: prezidentin şəxsi diplomatiyası” adlanan sərgidə, ABŞ-ın 43-cü prezidentinin çəkdiyi 20 dünya liderinin portreti ilk dəfə nümayiş olunub. Aprelin 5-də açılan sərgi iyunun 30-dək davam edəcək. Corc Buşun çəkdiyi rəsm əsərlərindən ibarət sərgi Dallasda nümayiş edilir.

Corc Buş incəsənətlə prezident olduğu illərdə məşğul olub və 8 il ərzində o, 30 dünya liderinin portretini çəkib. Hazırda Texas ştatında, Dallasın Prezident kitabxanasında keçirilən sərgidə Ankela Merkel, Vladimir Putin, Hamid Karzay, Çexiyanın eks prezidenti Vatslav Qavel, Toni Bleyer və bir çox başqa dünya siyasətçiləri ilə yanaşı, ata Corc Buşun da portreti var.

Buşun sözlərinə görə, dünya liderləri arasında səmimi münasibətin qurulması da siyasət tələb edir: “Bu işdə atamın təcrübəsi mənə böyük kömək olub. Dünya miqyasında böyük şəxsiyyətlərlə ümumi dil tapmaq, xarakterinin incəliklərini öyrənmək hər kəsə nəsib olmur”. Ekspozisiyada sabiq prezidentin şəxsi əşyaları, arxiv fotoları, o cümlədən şəxsi avtoportreti də sərgilənir (ans press).