Paytaxt küçələrində ikimərtəbəli avtobuslar şütüyür. "Day.az"ın verdiyi məlumata görə, bu avtobuslarla Bakı üzrə gəzinti turları təşkil edilir. Turun müddəti 1,5 saatdır. Marşrut Hökumət evindən Bayıl qəsəbəsinədəkdir.
Hələlik bilet 5 manatdır, ancaq bir neçə gün sonra biletlərin qiyməti yerlilər üçün 10, əcnəbilər üçün 20 manat olacaq. Məktəblilər, tələbələr və əlillər də 5 manat verməklə Bakı turlarına qoşula biləcəklər. 6 yaşınadək uşaqlar üçün isə belə avtobuslarda gediş pulsuz olacaq.
Gəzinti avtobuslarının iş qrafiki 11:00-dan 20:00-dəkdir.