“Siyasət ilk növbədə lazım olan vaxtda, lazım olan qərarları vermək peşəsidir”
AXCP sədri Әli Kərimli Ukraynada yenidən baş qaldıran separatçılıq, ölkənin parçalanma təhlükəsi barədə fikirlərini paylaşıb. Әli Kərimli Facebook səhifəsində yazır:
“Təəssüf ki, Ukrayna gözümüzün qarşısında parçalanır. Ölkənin cənub-şərqindəki vilayətlərdə separatçılar Ukrayna hakimiyyətini faktiki ləğv ediblər. Silahlanıb öz ordularını da yaradıblar. Ukraynanın mərkəzi hakimiyyəti isə hələlik bacarıqlı və qətiyyətli görünmür.
Siyasət həm də dövlət və millətin məsuliyyətini üzərinə götürmək peşəsidir. Siyasət ilk növbədə lazım olan vaxtda, lazım olan qərarları vermək peşəsidir.
Siyasətçi də insandır. Onun da güclü və zəif cəhətləri var. Lakin qətiyyətsiz, qərar verə, üzərinə məsuliyyət götürə bilməyən insanların siyasi liderlik iddialarını heç vaxt başa düşməmişəm”.


