Rusiya Ukraynanın Donetsk vilayətinə yalnız BMT TŞ-nın icazəsi ilə dazil ola bilər. Bu barədə Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Ozerov bildirib.
Bir gün əvvəl Rusiyameylli fəallar Donetsk vilayət administrasiyasının binasını tutaraq «Müstəqil Donetsk respublikasının» yaradıldığını bəyan ediblər. Onlar Rusiya prezidenti Putinə müraciət edərək rus qohunlarının Donetskə gəlməsini istəyib. Ozerov bildirib ki, əgər BMT TŞ sülhməramlıların Ukraynana getməsi ilə bağlı qəpar qəbul etsə, Rusiya bu heyətə daxil ola bilər.
Ozerovun sözlərinə görə, yerli əhalinin çağırışı ilə Donetskə qoşun yeritmək beynəlxalq prinsip və normalara ziddidir.
azadlıq.info


