Bakıda aviabiletlər satan dələduzlar peyda olub. Oxucularımızdan birinin verdiyi məlumata görə, həmin dələduzlar Səməd Vurğun parkında məskən salıblar. “Üzərində ”Aviakassa” yazılmış köşklər qoyublar, insanları aldatmaqla məşğuldur. Mən də onlar tərəfindən aldadılmışam.
Bakı-Moskva reysinə bilet aldım. Lakin aeroporta gedəndə dedilər ki, sənin adın qeyd olunmayıb. Beləliklə də həmin gün Moskvaya gedə bilmədim. Səhəri gün bilet aldığım köşkə gəlib məsələni danışdım. Üzrxahlıq etdilər ki, bəs texniki səhvdir. Yeni bilet verdilər. Ikinci dəfə də eyni hal təkrar olundu. Yəni, qediyyata alınmamışdım. Bu dəfə köşkə gələndə gördüm ki, qarşısında xeyli adam var. Məlum oldu ki, bu adamlar xeyli adamı bu sayaq aldadıblar”.


