Avropadan Krıma uçuş qadağan edildi

Hava Naviqasiyası üzrə Avropa Təşkilatı (Avrokontrol) Simferopol və Sevastopola uçuşları qadağan edib. Bu qərar mülki aviasiyaya dair beynəlxalq hüquq normalarına əsasən qəbul olunub. Qərara görə, Avrokontrol Ukrayna ərazisi üzərindəki uçuşlarla bağlı Kiyev tərəfindən qəbul olunmayan istənilən qərarı qanuni saymayacaq.  Hələliksə Simferopol və Sevastopola uçuşlar növbəti müvafiq qərarın qəbul olunmasına qədər qadağan edilib. Avrokontrol məsləhət görür ki, bu ərazilərə uçuşu Ukrayna tərəfi ilə məsləhətləşdikdən sonra reallaşdırılmalıdır. 

azadliq.info