ÇL-nın 1/4 final oyunlarına start verildi

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə 2 görüş keçirilib. İspaniyada “Barselona” və “Atletiko” (Madrid) komandaları üz-üzə gəlib. “Nou Kamp”da keçirilən oyunda 1-1 hesablı bərabərlik qeydə alınıb. Ribasın 56-cı dəqiqədə vurduğu topa 71-ci dəqiqədə Neymar cabav verdi. 
İngiltərə Premyer Liqasında ən uğursuz mövsümlərindən birini keçirən “Mançester Yunyated” isə öz meydanında yarışın ötən ilki çempionu “Bavariya”nı qəbul edirdi. bu oyunda da 1-1 hesablı bərabərlik qeydə alınıb. Qolları 58-ci dəqiqədə Vidiç və 67-ci dəqiqədə Şvaynştayger vurdu. Bu cütlüklərin tərkar oyunu aprelin 9-da keçiriləcək.
Qeyd edək ki, 1/4 finalın digər iki oyunu aprelin 2-də  keçiriləcək.  

azadlıq.info