Diktatorlar xalqa qarşı qətliamı davam etdirir
Yəmən və Suriyada hakimiyyət əleyhinə etirazlar dünən də davam edib. Ötən gün Yəmənin paytaxtı Ədən şəhərində “16 Fevral Inqilabi Gənclik” adlı hərəkatın çağırışıyla prezident Əli Abdulla Salehi hakimiyyətinə qarşı izdihamlı mitinq keçirilib. Etirazçılar prezidentin istefasını tələb edib. “16 Fevral Inqilabi Gənclik” hərəkatı Yəmən vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb.
Taiz şəhərində keçirilən mitinqə hökumət qüvvələri sərt müdaxilə edib. Nəticədə 4 etirazçı həlak olub, 116 nəfər yaralanıb.
Suriyanın Lazkiyə şəhərində Bəşər Əsədin istefası tələbiylə keçirilən aksiya zamanı hökumət qüvvələri etirazçılara odlu silahdan atəş aıb. “Reuters” agentliyinə danışan şəhər sakininin sözlərinə görə, sünnilərin çoxluq təşkil etdiyi bölgədə yaranmış gərginlik zamanı onlarla insan yaralanıb.
İnformasiya şöbəsi