“Elçibəyin həyat yoldaşı Həlimə xanım səhhətindəki problemlərlə bağlı müalicə üçün Türkiyəyə gedib”. AzVision.az xəbər verir ki, bunu açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Onun sözlərinə görə, Ə.Elçibəyin həyat yoldaşının səhhətində müəyyən problemlər var. Bu baxımdan o Türkiyəyə müalicə olunmağa gedib.
A.Əliyev bildirib ki, mərhum prezidentin oğlu Ərturqut hazırda anasının müalicəsi ilə bağlı Türkiyədədir. Aprelin 15-nə qədər qayıtmalıdırlar.
Elçibəyin həyat yoldaşının səhhətində problem yaranıb
•