YAP, sən nə günə qaldın!

Dəhşətdir.
Iki aydan sonra 18 ili tamam olacaq hakimiyyəti işğal etdiklərinin.
Və 18 ildir utanmadan, usanmadan cəbhəçilərlə müsavatçıları söyməkdə davam edirlər.
Nələr deməyiblər müxalifətin ünvanına.
Adamlar çox vaxt nədən xətaya yol verir?
Savadsızlıqdan və tərbiyəsizlikdən.
Bunlar həm savadsızlıq, həm də tərbiyəsizlik nümayiş etdirdiklərindən ikiqat xətaya yol verirlər.
Abdallığa bir bax, bir yandan deyirlər ki, müxalifət yoxdur bu ölkədə, bir yandan da aləmə car çəkirlər ki, müxalifət aranı qarışdırır, stabilliyi pozur.
Olmayan müxalifət aranı necə qarışdıra bilər, stabilliyi necə poza bilər?
Bir haşiyə çıxım.
Yəqin ki, Azərbaycanın müsəlman ölkəsi olduğunu YAP-çılar da qəbul edər.
Müsəlman ölkəsində də məscidlər olmalıdır və o məscidlərdən azan səsi eşidilməlidir.
Azana qadağa qoydular.
Bilirsiniz, nə üçün bunu etdilər?
Təsəvvür edin, vəzifəlilər kabinetlərində rüşvət pullarını sayır, viskidən vurur, məşuqəsini arxa otağa aparır və elə bu zaman AZAN səsi eşidilir.
Azan HAQQA dəvətdir.
YAP-ın rüşvətxor nadürüstləri bu səsi necə həzm edə bilər?
Həmin zatlar, həmin haramzadələr indi də deyirlər ki, müxalifət guya camaatın istirahətini pozur.
Təbii ki, söhbət camaatdan-filandan getmir, bu bir bəhanədir.
Söhbət harınların özlərinin istirahətindən gedir.
O kabinetlərdə toplanan rüşvət restoranlarda, bahalı mağazalarda xərclənməlidir, kefə-damağa, eyş-işrətə sərf olunmalıdır.
Bunlar istəyirlər ki, haram yolla yığdıqlarının sakitcə kefini yaşasınlar.
Məhz onun üçün də istəyirlər ki, hamı özləri kimi biyyət etsin, baş əysin.
Etiraz edənə düşmən kimi baxmaq bu zatların xislətidir.
Tayfa TV-lər neçə gündür müxalifət əleyhinə kampaniya aparır.
Tulapayı üçün sinov gedənlərin əlinə mikrofon verib çıxarırlar ekrana və müxalifət səmtə hürdürürlər.
Sonra da aparıb “ulu öndər”lərinin abidəsi önündə baş əydirib yola salırlar.
Təbii ki, ciblərinə də 5-10 manat qoyurlar.
YAP iqtidarda olduğu bu 18 ildə mənəviyyatımıza çox ağır zərbələr vurdu.
Torpaqların işğalını və dövlətin talanını bir yana qoyaq, bu adamlar mənəvi dəyərləri ayaqlar altına saldılar.
TV ekranlarına təhqiri gətirdi YAP.
Tayfa üzvlərinə və tayfanın süfrəsindən qidalananlara məxsus telekanallarda mentalitetimizə zidd, Azərbaycan kişisinə yaraşmayan ssenarilərə müəlliflik etdi YAP.
Və bu gün də davam edir.
Davam edəcəklər də.
Nədən?
Zənn edirlər ki, Əliyevlərin hakimiyyəti əbədidir, sülalə daima taxt-taca sahib olacaq.
YAP-ın məşhuri-caiz triosu – Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov belə düşünür.
Çiçəyi burnundakı deputat Etibar Hüseynov belə düşünür.
Özü boyda və çəkidə təkəbbürdən ibarət Mirşahin belə düşünür.
Dövriyyəyə təzəcə buraxılmış sütül oğlan Turan belə düşünür.
Xatırlatma məqamıdır.
Bir vaxtlar Səddam Hüseynin ətrafındakılar da belə düşünürdü.
Dünənə qədər Mübarəkin, Bin Əlinin, Qəzzafinin, Bəşər Əsədin ətrafındakılar da hakimiyyətlərinin əbədi olacağını deyirdilər.
Nə oldu?
Olanlar gec-tez Azərbaycanda da baş verəcək.
Bu bir qaçılmaz reallıqdır.
Zülm zirvəyə dırmananda, bıçaq sümüyə dirənəndə, zalım məzlumu əzəndə, məmləkət aclar və harınlar olaraq iki hissəyə bölünəndə nə gözlənilirsə, o da baş verəcək Azərbaycanda.
Və çoxunun arzusu gözündə qalacaq.
Bəlkə də 100 dəfə yazmışam.
Qoy bu da 101-ci olsun.
Azərbaycana vətəndaş həmrəyliyi HAVA və SU kimi lazımdır.
Yaşım, təcrübəm və məntiqim bunu diqtə edir.