Moskvada tanınmış kinodramaturq, “Oskar” mükafatı almış Valentin Cernıxın xatirəsinə təsis edilmiş “Slovo” (Söz) mükafatının təqdimat mərasimi olub. Mərkəzi Rəssamlar Evində keçirilən mərasimdə laureatlar elan edilib. Tədbirdə xüsusi mükafatlar da təqdim edilib. Bu mükafatı alanlardan biri azərbaycanlı kinodramaturq Rüstəm Ibrahimbəyov olub. Ibrahimbəyov “Peşəyə sədaqət” nominasiyası üzrə qalib seçilib.
Rüstəm Ibrahimbəyov Azərbaycan Kinematoqrafçılar Ittifaqının, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar Ittifaqları Konfederasiyasının sədridir. Onun ssenariləri əsasında çəkilmiş filmlər Kann və Venesiyada keçirilən beynəlxalq kinofestivallarının qalibi olub və Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb(Turan).
İbrahimbəyov daha bir mükafata layiq görüldü
•
•


