Şüşəqıran təxribatçılardan biri ifşa edildi (VİDEO)

İdmançı görkəmli bu şəxsi aksiya iştirakçıları telefonla çəkib

 

İctimai Palatanın 2 aprel aksiyasında müxalifətin dağıdıcı obrazını yaratmaq üçün mağazaların şüşələrini sındıran təxribatçılardan biri ifşa olunub. Təxribatçı yaxınlıqdakı mağazanın şüşəsini sındırıb, qaçmağa başlayanda aksiya iştirakçılarından biri onu telefonla çəkib. İdmançı görkəmində olan təxribatçı sifətini gizlətməyə çalışsa da, alınmayıb. Həmçinin aksiya iştirakçılarından bir çoxu onu şüşəni sındıranda görüb. Onların təxribatçıya xitabən “şüşəni niyə sındırırsan?”, “ar olsun sənə” kimi ifadələr səsləndirməsi belə deməyə əsas verir. Təxribatçının hüquq-mühafizə orqanı əməkdaşı olması da istisna edilmir. Hər halda müxalifəti şüşə sındırmaqda ittiham edən Daxili İşlər Nazirliyi bu hadisəni törədənin kimliyini müəyyənləşdirmək üçün aşağıdakı videogörüntüdən istifadə edə bilər.