Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səsi intensiv seçki kampaniyası çıxışlarına tab gətirməyib. Kampaniya çərçivəsində Van şəhər meydanında Ərdoğanı dinləməyə toplaşanlar şoka düşüblər. Belə ki, baş nazir tamam abtmış səslə meydana müraciət edib. Ərdoğan sözün həqiqi mənasında cığıltı ilə danışıb. Bu, Türkiyə mediası və sosial şəbəkələri üçün günün hadisəsinə çevrilib.
Xatırladaq ki, Türkiyədə martın 30-da bələdiyyə seçkiləri keçiriləcək.