“Kuboku qazansaq, ehtiyacı olanlara kömək edəcəm”

Ingiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinio Çempionlar Liqasını qazanacağı halda ehtiyacı olanlara kömək edəcək.

Bunu Britaniya mətbuatına onun özü deyib: “PSJ püşkatmada bizimlə qarşılaşmaq istəyirdi. Buna görə də onlar xoşbəxtdirlər. Əgər ÇL-in kubokunu qazansaq, ehtiyacı olanlara kömək edəcəm”.

Avropa Çempionlar Liqasının 1/4 final mərhəsində aşağıdakı komandalar mübarizə aparacaq.

“Barselona” – “Atletiko” Madrid (1-9 aprel)

“Real Madrid” – “Borussiya” Dortmund (2-8 aprel)

PSC – Çelsi (2-8 aprel)

“Mançester Yunayted” – “Bavariya” (1-9 aprel)