AB-nin yeni sanksiyası: Putinin müşavirləri, Medvedevin müavini və…

Avropa Birliyinin  daha 12 Rusiya və ukraynalı məmura qarşı sanksiyalar tətbiq edib. Söhbət viza qadağası və bank hesablarının dondurulmasından gedir.
Rusiyanın baş nazir müavini Dimitri Roqozin, prezident Putinin müşavirləri Sergey Qlazyev və Vladislav Surkov, Federasiya Şurasının sədri Valentina Matvienko, jurnalist Dmitri Kiselyov, Dövlət Dumasının sədri Sergey Narışkin, deputat Yelena Mizulina və Krım referendum komissiyasının sədri  Mixaylo Malişevin də adları siyahıdadır.
Avropa Birliyi bundan əvvəl 21 Rusiya və Ukrayna məmuruna qarşı eyni sanksiyalar tətbiq edib (“Azadlıq” radiosu).