Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vuruldu.
Son oyun günündə “Mançester Yunayted” klubu səfərdə 0:2 hesabı ilə məğlub olduğu “Olimpiakos”u qəbul edib. İngiltərə təmsilçisi Roben Van Persinin 3 cavabsız qolu ilə növbəti mərhələyə adladı.
Digər görüşdə isə “Borussiya” (Dortmund) klubu səfər meydanında 2-4 hesabı ilə məğlub etdiyi Rusiyanın “Zenit” klubunu qəbul etdi. “Zenit” səfərdə 1-2 hesabı ilə qələbə qazansa da, bu növbəti mərhələyə çıxmaq üçün yetərli olmadı.
azadlıq.info