Bayden Rusiyanı işğalçı adlandırdı

ABŞ-ın vitse-prezidenti Bayden Rusiyanın Krımı özünə birləşdirməsinə sərt reaksiya verib. O, baş verən hadisəni “işğal” kimi dəyərləndirib. Bayden Polşanın paytaxtı Varşavadakı çıxışı zamanı qeyd edib ki, Kremlin beynəlxalq təcridi daha da genişlənəcək. O, həmçinin vurğulayıb ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı əlavə sanksiyalara hazırlaşırlar. Polşanın baş naziri Donald Tusk isə qeyd edib ki, beynəlxalq aləm Rusiyanın son addımları ilə barışa bilməz.

azadliq.info