Rusiyanı G8-dən çıxardılar

Qərb dövlətlərinin liderləri Rusiyanın G-8 təşkilatında üzvlüyünün dayandırılması haqda qərar verib.

APA-nın məlumatına görə, bunu Fransanın “Erop-1” radiosunun efirində Fransa xarici işlər naziri Loran Fabius bəyan edib.
 
O bildirib ki, Qərbin ən inkişaf etmiş 7 ölkəsinin liderləri bu gün bir araya gələcək. Görüşün detallarını açıqlamayan L.Fabius bu görüşün Rusiyasız keçəcəyini qeyd edib.