Mübarəkin daha bir məmuru tutuldu

Misirdə Hüsnü Mübarəkin aparat rəhbəri Zəkəriyyə Əzmi həbs edilib. Əzmi korrupsiya ilə əlaqədar gedən istintaq əsasında cinayət məsuliyyətinə cəlb olunub. O, 15 gün müddətinə istintaq təcrid xanasında saxlanılacaq. Prezident aparatının eks rəhbəri dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı izahat verməlidir.

Xatırladaq ki, bundan öncə iki keçmiş nazir korrupsiya ilə əlaqədar həbs edilib, parlamentin keçmiş spikeri Fəthi Surura, parlamentin üst palatasının sədri Səfuat əş-Şərifə ölkədən çıxmaq qadağan edilib.

İnformasiya şöbəsi