Metroda ticarət obyektlərini sökməyə başladılar FOTO

Polislər Gənclik Metro Stansiyasında yerləşən obyektlərin sökülməsi üçün satıcılara bir saat vaxt verib. 

Bu barədə “Axar.az”a metro stansiyadakı obyekt sahibləri məlumat veriblər. Satıcılar artıq öz mallarını dəyər-dəyməzə satmağa başlayıblar. Bəzi obyekt sahibləri artıq öz yerlərini sökməyə başlayıblar. 

 Qeyd edək ki, bir müddət öncə Bakı Metropoliteninin yeni sədri metrodakı bütün ticarət obyektlərinin sökülməsinə qərar vermişdi.