Cabbar Savalanlı azadlığa çıxdı

Martın 1-də həbs olunan və Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzasına məhkum edilən, lakin sonradan cəzası 15 gün müddətinə endirilən AXCP Gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu Cabbar Savalanlı azadlıqa buraxılıb. 

Xatırladaq ki, polisin iddiasına görə, Cabbar Savalanlı həbs guya, küçədə telefonla danışarkən təhqiramiz ifadələr səsləndirib, ona irad tutan polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən də tutularaq polis idarəsinə aparılıb.

azadlıq.info