“Azərbaycan saatı” yenə vuruldu

Bir müddətlik məcburi fasilədən sonra "Can Erzincan" kanalında yayımını bərpa edən "Azərbaycan saatı" yenidən hakimiyyətin texnoloji hücumuna məruz qalıb. Proqramın 15 mart tarixli buraxılışı efirə gedərkən, kanalın dalğaları vurulub. Nəticədə verilişin ya görüntüsü, ya səsi, ya da hər ikisi fasilələrlə itib.

Xatırladaq ki, "Azərbaycan saatı" fəaliyyətə başlayandan bəri yayıldığı kanalların dalğaları vurulub. Bu səbəbdən də proqram bir neçə kanal dəyişməli olub. Amma hər dəfə eyni vəziyyət yaranıb. Bu işin arxasında Azərbaycan hakimiyyətinin dayandığı isə şübhə doğurmur.

"Azərbaycan saatı"nın 15 mart buraxılışını təqdim edirik: