Həsən Kərimov müalicəyə getdi

AXCP Ali Məclisinin sədri Həsən Kərimov Türkiyəyə gedib. Bu barədə məlumat qəzetimizə partiyanın mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, Həsən Kərimovun səfəri səhhətilə bağlıdır. Ali Məclis sədrinin ürəyində problemlər olduğuna görə onun müaliəcəyə ehtiyacı var. Həsən Kərimov Cərrahpaşa xəstəxanasında müalicə olunacaq.