QOÇ
Bu gün çoxdan başladığınız işləri tamamlayacaqsınız. Işgüzar danışıqlarda ehtiyatlı olun, sizi tələyə salmaq ehtimalı da istisna deyil. Istənilən tənqidi baxışa kritik yanaşmayın. Günün ikinci yarısında səhhətiniz korlana bilər.
BUĞA
Günün yarısında ehtimal ki, həyəcanlanacaqsınız, təşvişə düşəcəksiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək.
ƏKIZLƏR
Pozitiv gündür, iş birliyi üçün uğurlu ərəfədir. Professional sahədə müsbət dəyişikliklər gözlənilir. Gələcəkdə sizə köməyi toxunacaq insanlarla tanışlıqlar mümkündür. Sevdiyiniz insanın xoş sözlərə ehtiyacı var.
XƏRÇƏNG
Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək.
ŞIR
Məmnun olmadığınız hər hansı situasiyanı qaydasına salmazdan əvvəl çox diqqətli hərəkət edin. Hər addımınızı düşünməkdə fayda var. Yalnız bu yolla məqsədinizə çatacaqsınız.
QIZ
Bu gün bəzi niyyətləriniz reallaşmaya bilər. Sizin üçün maraq kəsb etməyən işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Mühüm saydığınız işlərdən birini təxirə salacaqsınız.
TƏRƏZI
Inadkar olmayın. Nigaranlıq, narahatlıq özünü büruzə verəcək. Yaxınlarınızın sizə qarşı işlətdiyi ifadələrdən inciyəcəksiniz. Günün hadisələrindən asılı olaraq əhvalınız da dəyişkən olacaq.
ƏQRƏB
Bu gün yalan söyləməyin. Kimsənin sizi idarə etməsinə imkan verməyin. Yaxınlarınızla münasibətləri möhkəmlədin. Ailə üzvlərinin və qohumların dəstəyinə hər zaman ehtiyacınız ola bilər.
OXATAN
Özünüzə yeni məşğuliyyət seçə bilərsiniz. Qarşınıza konkret məqsəd qoyaraq ona çatmağa səy göstərin. Maliyyə məsələlərinə diqqət yetirin. Başqalarının hərəkətlərinə cavab reaksiyası verməyə tələsməyin.
OĞLAQ
Təəssüf ki, şəxsi müstəvidə vəziyyət yaxşı olmayacaq. Uzaqdan gələn adamla aranızda olacaq işgüzar danışıqlar üçün münasib gündür. Bizneslə məşğul olanlar fəaliyyətlərini genişləndirəcəklər, yeni bazara çıxış əldə edəcəklər.
DOLÇA
Romantik görüş üçün əlverişli gündür. Birlikdə işləyəcəyiniz adamın niyyətini yaxşı bilmədən şərikli işlərə baş qoşmayın. Bu gün sizi yanlış yola çəkmək daha asan olacaq.
BALIQLAR
Uğurlu gündür. Maddi gəlirinizin olacağı da istisna deyil. Doğru qərarlar qəbul edəcəksiniz. Işlərinizin çox olmasına baxmayaraq, köməyə ehtiyacı olan dostlarınıza yardım etməyə imkan tapacaqsınız.