Qarabağın qurtuluşu Krımdan keçir…

Öz aramızdır, mən dostumuz Putini bir belə ağılsız bilməzdim. Adam gözüylə gördüyünə inana bilmir: Putin Vladimir Vladimiroviç Krımı Qarabağ sanır. Elə bilir Rusiya Qarabağı alıb özünün əlaltı dövlətinə – “Ermənistana” verdiyi kimi Krımı da alıb… özünə qata bilər. Görünür, Putin Qarabağla Krım arasındakı bir incəliyi görmək istəmir.  Başqaları bir yana, bir sıra demokratik dövlətlər-güclər də Qarabağın alınıb “Ermənistana” verilməsini istəyirdilər. Bu isə daha çox onların Azərbaycanla bağlı geopolitik, geoekonomik planlarından, istəklərindən qaynaqlanırdı –  onlara geopolitik baxımdan olduqca önəmli, doğal resurslarla dopdolu, bunlarla birgə çıxılmaz duruma salınmış Azərbaycanla SIX əməkdaşlıq əlverişli idi…

Bir daha demək gərəkir: Krım Qarabağ deyil; Krımda yalnız Ukraynanın torpaq bütünlüyü deyil, Batının özünün çoxdan planlaşdırılmış, belə desək, siyasi torpaq bütünlüyü Rusiya saldırısına uğramış olur! Bax, bu baxımdan Qarabağın qurtuluşu Krımdan keçə bilər. Uyğun açıqlama: ola bilər, Batı indilikdə Rusiya ordusunua qarşı ordu çıxarmaz, bunun yerinə SSRI faktında olduğu kimi, ekonomik-diplomatik yollarla Rsiyanı içindən çökdürmə siyasətinə üstünlük verilər, bu isə Rusiyanın yalnız Qarabağdan Güney Osetiyadan, Abxaziyadan, Dnestryanı qapazlamadan əlinin üzülməsi deyil, özünün içdən parçalanması ilə sonuclana bilər. Görəsən, doğrudanmı biz bütün bunları Putindən yaxşı görüb anlayırıq? Görəsən, doğrudanmı Putin Matvienko kimi keçmiş komsomol aktivlərinin göstərdiyi yolla sonadək getmək istəyində bulunar? Inanmıram. Belə olarsa, onda, Kravçukun dediyi kimi, doğrudan da Putin “şizofrenik”dir!

Televiziya ekranlarından Rusiya qoşunlarının Krımı tutduğu görünür. Elə televiziya ekranları da Rusiyanın bir çox şəhərlərində Putinə, Krıma girmiş rus qoşunlarına arxadurma aksiyaları keçirilir. Bir çox yüzillərdən bəri erməni toruna düşərək çox böyük itkilərə uğrayan Rusiya indi Putin başda olmaqla erməniliyin, erməni ideologiyasının qurbanına çevrilmiş durumdadır. Bəlli olduğu kimi, iyrənc erməni düşüncəsinə görə, harada çoxlu erməni yaşayırsa ora “Ermənistan”dır! Putin başçılığındakı Rusiya da belə bir erməni prinsipindən çıxış edərək yalnız Krımı deyil, rusların çoxluqda yaşadığı bütün Doğu Ukraynanı Rusiya sınırlarına qatmaq istəyi ilə alışıb-yanır. Bunu bir sıra Rusiya siyasətçilərinin çıxışlarından, eləcə də bir çox televiziya verilişlərindən görmək olar. Bu isə erməniliyə oxşar kütləvi PSIXOZ görsənişidir. Rusiya indiki sınırları-ölçüləri ilə də yarımdünya bir ölkədir. Bir ucunda gün doğurkən o biri ucunda gün batan, doğal resursları aşıb-daşan bu ölkənin xalqı gerçəkdən acınacaqlı durumdadır. Di gəl, açıq-açığına göründüyü kimi, nə ruslar yersiz imperiya istəklərindən geri çəkilə bilirlər, nə də rus dövlət adamları. Bu özü də yüzillərdən bəri Rusiyanın canına-qanına hopmuş iyrənc erməni xəstəliyidir! Ermənilər özlərinin tarixdə izi-sorağı olmayan “Böyük Ermənistan” istəklərinə manyakcasına bağlandıqları kimi, ruslar da böyük imperiya illüziyalarından qopub-ayrıla bilmirlər. 

Azərbaycanı, Gürcüstanı, Moldovanı parçalayan ruslar 1774-cü ildə savaş yoluyla Türkiyədən qopardıqları Krımı az qala tarixi torpaqları sayrlar. Antitürk ideologiyası ilə tanınan Rusiya tarixçiliyinin özünün də göstərdiyinə görə, Krım ən əski çağlardan – min illər öncədən – Türk Yurdu, Türk Torpağı olub. Kimərlər, tavrlar, skif-saklar, hunlar… bunlar çağdaş Azərbaycan türklərinin də soy-kökündə oturuşmuş uluslardır. Elə buna görə də Krım tatarları dil, görünüş, davranış baxımından Kazan tatarlarından çox Azərbaycan türklərinə yaxındırlar. Etnik doğmalıq baxımından da Krım tatarları daha çox Ukraynaya bağlıdırlar. Ukrayna slavyan ölkəsi deyil…