Azərbaycan Bayrağını Maydana gətirənlər

Kiyevdə Maydanda Azərbaycan bayrağını kimlər qaldırıb? Bir sıra beynəlxalq TV lərin də Maydandan yaydığı xəbərlərdə Azərbaycan Bayrağı həmişə ön planda görünüb. Bu bayrağı oraya kimlər gətirib və kimlər əvvəldən axıra qədər saxlamaqdadır. Hal-hazırda Kiyevdə yaşayan İsaq Əvəzoğlunun verdiyi bilgiyə görə, bu bayraq Maydana bir neçə Azərbaycan vətəndaşının təşəbbüsü ilə gətirilib və Azərbaycanlılarən Maydana dəstəyinin ifadəsi kimi orada dalğalanmaqdadır. Bunlar Mürşüd Məmmədov, Elşad Şahmərdanov və Hikmət Abdullayevdir. İsaq Əvəzoğlu bildirdi ki, bu bayrağın Maydana gətirilməsi azərbaycanlıların əvvəldən axıra qədər orada proseslərə dəstək verməsinin simvoludur.

azadliq.info