04:45
BMT Təhlükəsizlik Şurası Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiyini bildirir və bütün tərəfləri siyasi dialoqa çağırır, onlara Budapeşt memorandumu da daxil olmaqla, beynəlxalq öhdəliklərini xatırladır.
Bu barədə BMT TŞ-nin Ukraynadakı vəziyyətlə bağlı keçirilmiş fövqəladə iclasından sonra Litvanın təşkilatdakı daimi nümayəndəsi Rita Kazraqien məlumat verib. Litvalı diplomat deyib ki, müzakirlər zamanı Ukraynanın suverenliyi və ərazi bötüvlüyünü müdafiə olunub. Onun sözlərinə görə, TŞ üzvləri bütün çoxtərəfli və ikitərəfli, o cümlədən 1997-ci ildə Ukrayna və Rusiya arasında imzalanan sazişə əməl edilməli olduğunu bildiriblər.
***
00:20
Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı təcili toplantı keçirəcək. Bir neçə saat əvvəl Ukrayna Xarici İşlər Nazirliyi BMT TŞ məktubla müraciət edərək ölkədəki situasiyanı müzakirəyə çıxarmağı xahiş edib. BMT TŞ müraciətə müsbət cavab verib.
azadlıq.info


