“Azərbaycan saatı” yenidən efirdə

Azərbaycan tamaşaçılarının alternativ fikri ifadə edən yeganə telelayihə kimi maraqla izlədiyi “Azərbaycan saatı” proqramı yenidən ekranlara qayıdıb. Yayıldığı dalğaların vurulması səbəbindən bir neçə telekanal dəyişməyə məcbur olan “Azərbaycan saatı” yenə də Türksat üzərindən və bu dəfə “Can Erzincan TV”dən yayımlanır.

Martın 1-də bu telekanalda proqramın ilk buraxılışı ekrana çıxıb. Proqram şənbə və bazaar günləri yayımlanacaq. Bakı vaxtı ilə şənbə günləri saat 21:00-22:00, bazar günləri isə 18:30-19:30 arası “Azərbaycan saatı”nı izləyə biləcəksiniz.

“Can Erzincan TV” bu tezliklərdə yayılır:

Türksat 3 A Batı
FREKANS 12562
SEMBOL 25000
POLARİZASYON
Vertical (Dikey) FEC 5/6