İctimai Palatanın Şəki şöbəsi hadisəni pisləyən bəyanat yayıb
Ictimai Palatanın 2 aprel mitinqində iştirak edən müxalifət təmsilçilərinə təzyiqlər aksiyadan sonra da davam etməkdədir.
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimovun da aksiyadan iki gün sonra küçədə saxlanılaraq Nəsimi Rayon Polis Idarəsinə aparılmasını xəbər vermişdik. S.Kərimovun “Azadlıq”a verdiyi məlumata görə, polis idarəsində o, 2 aprel mitinqi ilə bağlı sorğu-sual edilib, aksiyaya nə vaxt gəlib nə vaxt getdiyi, hansı ərazidə olduğu soruşulub. Bundan sonra izahat yazan AXCP üzvü gecə saatlarında sərbəst buraxılıb. S.Kərimov bu müddət ərzində ona heç bir təzyiq edilmədiyini də bildirdi.
Onu da qeyd edək ki, Ictimai Palatanın Şəki şöbəsi 2 aprel mitinqi iştirakçılarına qarşı bu kimi təzyiqləri pisləyən bəyanat yayıb. Bəyanatda dinc nümayişçilərə qarşı zorakılıq etmiş hüquq-mühafizə orqanları nümayəndələrinin cəzalandırılması, müxtəlif müddətə həbs cəzası verilmiş aksiya iştirakçılarının dərhal azad olunması tələb edilir.
Fizzə