“Sovetski” mitinqi “Azadlıq”ın kamerasında

Fevralın 16-da “Sovetski” sakinləri 173 saylı orta məktəbin qarşısında aksiya keçiriblər. Vətəndaşlar mənzillərinin sökülməsinə görə onlara verilən kompensasiyadan narazılıq edirlər. Deyirlər ki, bir kvadrat metrə görə 1500 manat təyin edilən məbləğ bazar qiymətlərinə uyğun deyil. Onlar mənzillərinin sahəsinə uyğun ev tələb edirlər.

 
“Azadlıq” qəzetinin reportyoru Ramin Dekonun mitinqdən çəkdiyi şəkilləri sizə təqdim edirik: