AXCP Ali Məclisinin fevralın 16-da keçirilən sessiyasında bu quruma yeni üzvlərin seçkisi keçirillib. Ali Məclis rəhbərliyi məlumat verib ki, qurumun üvlüyü üçün beş yer boşdur. Məclis üzvləri bu yerlərə yeddi nəfər namizəd irəli sürüblər. Bülletenlər hazırlanıb və gizli səsvermə keçirilib.
Səsvermənin nəticələrinə görə, İlham Hüseyn, Tural Ağayev, Çingiz Eminbəyli, Vasif Alışlı, Bəxtiyar İmanov Ali Məclis üzvü seçiliblər.
Ali Məclis özünün Rəyasət Heyətinə boş qalan iki yerə də seçim edib. Bu yerlərə Ali Məclis üzvləri İlham Hüseyn və Alı Rzanın namizədliyi irəli sürülüb. İki yerə iki namizəd olduğu üçün açıq səsvermə keçirilib və hər iki şəxs Rəyasət Heyətinin üzvü seçilib.
AXCP-də yeni seçimlər
•


