Saxta diplomları kimlər verir?

Etibar Əliyev: «Saxta diplomların meydana gəlməsində bir səbəb də sənədlərin düzgün yoxlanılmamasıdır»

Son günlər saxta diplomlar mövzusu yenidən gündəmə gəlib. Müəllimlər institutunun Gəncə filialında tələbələrə saxta diplom verilməsiylə bağlı mətbuatda gedən xəbər və buna təhsil naziri Mikayıl Cabbarovun münasibət bildirməsi saxta diplomlar mövzusunu yenidən aktual edib. Təhsil naziri bildirib ki, araşdırma nəticəsində məlum olur ki, hansısa qanuni sənədin saxta sürəti çıxarılır və ya saxta sənəd qanuni sənəd kimi təqdim olunur. Nazir deyib ki, Təhsil Nazirliyi saxta diplom dedikdə məhz bu kateqoriyanı nəzərdə tutur. Nazir bildirib ki, digər məsələ isə qanuni diplomların qanun pozuntuları ilə verilməsidir. Amma maraqlıdır ki, bu məsələdə rəsmi strukturlar günahı daha çox vətəndaşın üzərinə atmağa çalışırlar. Lakin məlumdur ki, saxta diplomaun vətəndaşa təqdim olunmasına qədər bu «prosedur» bir neçə mərhələ keçir. Həmin mərhələlərdə saxtakarlığın üzə çıxarılması üçün hansısa addımlar atılırmı? 

Təhsil eksperti Etibar Əliyev saxta diplom anlayışına bir neçə münasibətin olduğunu dedi. Birinci yanaşmaya görə 1992-ci ildən tətbiq olunmuş test üsulu ilə imtahan verməyərək, ali məktəblərə qəbul olunanların diplomuları saxta sayılmalıdır. Eyni zamanda saxta diplomlu tələbələr bir tədris ilini Rusiyanın ali məktəblərinin filiallarında və ya Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali məktəblərdə təhsil alan, daha sonra isə ölkənin digər ali məktəblərin ikinci kursuna keçirilənlər sayılır. Ali məktəblərə bir gün belə getməyən, adları jurnalda, dekanlıqda olmayan şəxslərin aldıqları diplomlar da etibarsız sayılır: «Bu zaman ali məktəblərin diplomları oxşadılaraq, ali məktəb və kollejlərin rəhbərlərinin imzaları oxşadılaraq diplom verilir. Bu da saxta diplomlar sırasına aid edilməlidir. Bu ali məktəblərin rəhbərləri zaman-zaman onlara verilən ali məktəblərin diplomlarının seriyalarını, onların üz vərəqələrini skayn edərək diplom nümunələri çap edirlər. Daha sonra bunlar xeyli sayda vətəndaşalara paylanılır».

Hər il Təhsil Nazirliyinin saxta diplomlarla bağlı idarə və müəssisələrdə yoxlanış apardığını deyən E.Əliyev vurğuladı ki, kimlər yoxlama komissyiasına sərf edirsə həmin yerlərdə saxta diplomla bağlı  məsələlər qabardılmır: «Hazırda Müəllimlər institutunun Gəncə filialında xeyli sayda saxta diplomların verilməsi gündəmə gəlib. Əslində araşdırmalarımız göstərib ki, bunun Müəllimlər institutunun Gəncə filialının rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq həmin filialın direktoruöz fəaliyyət şəkilində bu işi həyata keçiriblər. Hazırda bununla bağlı Respublika Prokurorluğu tədqiqat aparır».

E.Əliyev hesab edir ki, saxta diplomların meydana gəlməsində birinci səbəbi Rusiyanın ali məktəblərinin və ya başqa ali məktəblərdən gələn şəxslərin sənədlərini ciddi yoxlamadan onları ikinci kursa götürməkdir. E.Əliyevin sözlərinə görə, bu cür məmurların sayı on minlərlədir.

Hikmət