Generalın qardaşı Kəmaləddin Heydərovu necə qəzəbləndirib?
Nəqliyyat Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi(FHN) arasında qarşıdurma yaranıb. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, qarşıdurmaya səbəb daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun Nəqliyyat Nazirliyinin idarələrindən birinin rəisi olan qardaşıdır. Iddialara görə, FHN-nin əməkdaşları onun rəhbərlik etdiyi idarəyə yoxlamaya gəlib.
Lakin Eyvazov onlara qarşı kobudluq edib. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərova məruzə edilib. “Fövqəlnazir” məsələdən bərk qəzəblənib. O, işçilərinə göstəriş verib ki, Nəqliyyat Nazirliyinin bütün idarələrində yoxlama aparılsın və hansısa nöqsan aşkar olunarsa, cərimələnsin. Məlumatlara görə, artıq Nəqliyyat Nazirliyinin 10-dan çox idarəsi cərimələnib.