ABŞ Senatı Rusiyanı tənqid etdi

«Putin hakimiyyəti Böyük Rusiya yaratmaq iddiasındadır və buna görə də keçmiş SSRİ-nin torpaqlarını işğal edir»

 

ABŞ Senatı Rusiyanı Gürcüstanı işğal etdiyinə görə tənqid edib. ANS PRESS-in “Front News” saytına istinadən verdiyi məlumata görə, bu informasiyanı ABŞ-ın respublikaçı senatoru Marko Rubio yayıb. Onun sözlərinə görə, Putin hakimiyyəti Böyük Rusiya yaratmaq iddiasındadır və buna görə də keçmiş SSRI-nin torpaqlarını geri qaytarmaq istəyir.

“Putinin bu addımı Rusiya ilə keçmiş SSRI respublikalarının münasibətlərinin pozulmasına gətirib çıxara bilər. Bir neçə il öncə Rusiya Gürcüstanın bəzi ərazilərini işğal etdi. Özü də 22-ci Qış Olimpiya oyunlarınadək etdiyi bu işğal faktını ”bufer zonanın təhlükəsizliyi” adlandırdı. Rəsmi Moskvanın bu hərəkəti yolverilməzdir”, – deyə senator bildirib.