Soçi olimpiadasına bayraq biabırçılığı ilə başladıq

Nümayəndə heyətimizin rəhbəri: “Bu yaxşı hal deyil, buna görə də kefimiz pozulub…”

Azərbaycan Soçi Olimpiadasına bayraq biabırçılığı ilə başlayıb. Belə ki, ölkəmiz adından Soçiyə göndərilən idmançılara bayrağımız tərsinə hazırlanmış formada paylanıb. Onlar da həmin bayraqlarla Olimipiya şəhərciyinin girişində foto çəkdiriblər və bu foto facebook-da yayılıb.
Xatırladaq ki, Azərbaycan Soçi Olimpiadasında 4 idmançı təmsil edir və onların hamısı əcnəbidir.

XXII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva “ans press ə açıqlamasında bu fakta münasibət bildirib: “Bu hal tələsdiyimiz üçün baş verib və idmançılarımız tərəfindən də diqqət edilməyib, yaxşı hal deyil. Başımız mərasimə qarışıq idi və volontyorlar da bayrağı milə tərs keçirərək veriblər. Biz də bunu sonradan görmüşük. Bu yaxşı hal deyil, buna görə də kefimiz pozulub, amma ki, bu, bilərəkdən olmayıb”.