ABŞ dövlət katibi Con Kerrinin fevralın 1-də Münhen konfransında kı çıxışı israilli siyasətçilərin kəskin etirazına səbəb olub. Öz çıxışında ABŞ xarici siyasət idarəsinin rəhğəri bəyan edib ki, İsrail liderlərinin bu gün haqqında bəhs etdiyi təhlükəsizlik və iqtisadi rifah illüziyadan başqa bir şey deyil. Dinc danışıqların iflasa uğraması israillilər üçün bir sıra fəsadlara, o cümlədən iqtisadi boykota gətirib çıxaracaq.
Con Kerrinin bu sözlərinə cavab olaraq bir neçə İsrail rəsmisi Kerrini kəskin tənqid edib. Siyasilərin sözlərinə görə, ABŞ dövlət katibi birtərəfli qaydada İsrailə təzyiq siyasəti həyata keçirir, bu zaman fələstinlilərə heç bir təzyiq göstərmir. Bu barədə fevralın 2-də «Reşet Bet» radiostansiyası məlumat yayıb. Mənbənin sözlərinə görə, Kerri hər tərəfdən İsrailə təzyiq edir, Mahmud Abbas isə öz mövqeyindən bir millimetr belə tərpənmir. Kerri haqqında bəhs etdiyi iqtisadi boykota gəldikdə, mənbə bildirib ki, «bu xoş olmasa da, qorxulu da deyil».
İqtisadiyyat naziri və «Bayt Yequdi» partiyasının lideri Naftali Bennet isə bəyan edib ki, «iqtisadi boykota görə öz torpaqlarından imtina edəcək xalq doğulmayıb, biz də birinci olmayacağıq».
“Likud” partiyasını təmsil edən Nəqliyyat nazirinin müavini Tsipi Xotoveli Kerrinin barəsində söz açdığı boykot İsraildə qorxu səpmək məqsədi daşıyır.
“İsrael-a-Yom” qəzetinin internet saytının yazdığına görə, “Likud” partiyası ABŞ-ı İsrailin daxılı işlərinə qarışmaqda ittiham edir.
azadlıq.info


