Gördüklərindən təəccüblənən xəstəxana personalı mobil telefonun kamerası ilə körpəni çəkərək həmin görüntüləri sosial mediada yayımlayıblar
Suriyanın paytaxtı Dəməşqdə dünyaya gələn bir körpə hamını təəccübləndirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyada dünyaya göz açmış körpənin ilk sözləri eşidənləri heyrətə gətirib. Körpə ard-arda “Allah, Allah” deməyə başlayıb. Gördüklərindən təəccüblənən xəstəxana personalı mobil telefonun kamerası ilə körpəni çəkərək həmin görüntüləri sosial mediada yayımlayıblar.