Baş nazir küçədə qar təmizlədi FOTO

Danimarkanın baş naziri Helle Torninq-Şmidt evinin qarşısında kürəklə qar təmizləyərkən kameraya tuş gəlib. Xanım Şmidt başı aşağı ağır zəhmətdəykən, onu görən qonşusu marağını boğa bilməyib və baş nazirin bir neçə fotosunu çəkib. Daha sonra fotolar Danimarka saytlarından birinə yol tapıb.
Danimarka qanunlarına görə hər kəs evinin qarşısında səkiləri qardan təmizləməyə məcburdur. Bunu etməyənlər cərimələnir. Yanvarın 27-də Kopenhagenə güclü qar yağıb. Baş nazir də başqa intizamlı vətəndaşlar kimi, evinin qarşısındakı səkini qardan təmizləməyə çıxıb.