Əvəz Temirxan: «Müsavatdakı bir qrup iqtidarpərəst dəstə Milli Şura daxilində dağıdıcılıqla məşğul idi»
EL Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib ki, Azərbaycan Liberal Partiyasının (ALP) Milli Şuradan istefası Müsavat partiyasının bu qurumdakı mövqeyilə bağlı olub. Yəni, ALP Müsavatın mənəm-mənəmliyinə görə Milli Şuradan gedib. “Bir var, Milli Şuradan getmək, bir də Müsavata görə getmək. Milli Şuradakı problemlərin kökündə Müsavatın mənəm-mənəmliyi dayanırdı”, – deyə Milli Şuranın üzvü Eldəniz Quliyev “Reytinq”ə müsahibəsində bildirib.
ALP sədri Əvəz Temirxan da “Azadlıq”a açıqlamasında Eldəniz Quliyevin bu fikirlərində müəyyən həqiqət olduğunu deyib: “Milli Şura Müsavatın yox, Müsavatdakı bir qrup dəstənin sanki girovuna çevrilmişdi. Həmin dəstə Milli Şura daxilində dağıdıcılıqla məşğul idi. Bunu Müsavat daxilində bir qrup iqtidarpərəsət dəstə həyata keçirirdi. Gördük ki, o dəstənin fəaliyyəti nəticəsində Milli Şura ideyası iflasa uğraya bilər. Bəzi təkliflər verdik, onlar diqqətə alınmadı, ona görə də Milli Şuradan çıxmaq qərarına gəldik”.
Ramin DEKO