abs-azerbaycan2

Azərbaycan hakimiyyəti ABŞ-a qarşı savaş açıb

Ukrayna hadisələrindən təşvişə düşən iqtidar yenə də Qərbi şantaj etməyə başlayıb

Azərbaycan iqtidarı ABŞ-a qarşı yeni hücum dalğasına start verib. Ukraynada Avrointeqrasiya savaşının getdiyi bir ərəfədə “Freedom House” təşkilatının Azərbaycan hakimiyyətini növbəti dəfə tənqid atəşinə tutması iqtidarın ciddi narahatlığına səbəb olub. Hakmiyyətdaxili mənbələrdən “Azadlıq”a sızan məlumatlarda bildirilir ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun timsalında “Freedom House” təşkilatına sərt cavab verilməsi məhz bu narahatlığın təzahürüdür.
Məlumat üçün deyək ki, “Freedom House” təşkilatının rəhbəri Devid Kremer ABŞ hakimiyyətinə yaxın şəxs sayılır. Devid Kremer ABŞ dövlət katibinin köməkçisi vəzifəsində işləyib. Onun açıqlamaları adətən ABŞ hakimiyyətinin mövqeyi, mesajları kimi qəbul edilir. Bu baxımdan ekspertlər hesab edir ki, Azərbaycan hakimiyyətinin “Freedom House” təşkilatına hücumunun əslində ABŞ hakimiyyətinə yönəldiyini söyləmək olar. “Üslində bu hücum ”Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevlə bağlı təxribatla başlayıb. Yəni Ukrayna hadisələrindən narahat olan hakimiyyət qabaqlayıcı tədbir kimi bu addımı atmışdı. Mehman Əliyevə qarşı bu təxribat Qərbi şantajdan başqa bir şey deyildi. Bunun ardınca Qərbə qarşı açıq hücumun olacağı gözlənilirdi”,- deyə ekspertlər bildirib.